Ana Sayfa > Özəl > Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsini 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirib
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsini 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirib11-03-2024, 15:18. Yazar: sevinc1 |
7 mart 2024-cü il tarixdə, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təşkil edilmişdir. aia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edərək, qeyd etdi ki, Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır.Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın inkişafına qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmiz üçün müxtəlif sahələrdə gördüyü işlər, o cümlədən təhsilin inkişafına, milli mədəni irsin qorunmasına yönələn fəaliyyəti hər bir vətəndaşda böyük qürur hissi doğurur. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, böyük töhfələr verirlər. Tədbirin sonunda qurumun xanım əməkdaşlarına bayram hədiyyələri və gül dəstələri təqdim edildi. Geri dön |