Ana Sayfa > Dünya > Türkiyədə “xüsusi təhlükəsizlik bölgəsi” elan edildi:
Türkiyədə “xüsusi təhlükəsizlik bölgəsi” elan edildi:11-03-2024, 13:50. Yazar: sevinc1 |
Türkiyədə Güçlükonak rayonu sərhədləri daxilində yerləşən Qabar dağı bölgəsi 15 gün müddətinə “müvəqqəti xüsusi təhlükəsizlik bölgəsi” elan edilib. Bu barədə Şırnak valiliyi elan edib. Bildirilir ki, qeyri-qanuni ünsürlərin fəaliyyətinin qarşısının alınması və onlara qarşı görüləcək tədbirlərlə əlaqədar martın 11-dən 25-dək qeyd olunan əraziyə giriş qadağan olunub. “Vətəndaşlarımızın can və mallarının təhlükəsizliyi üçün qeyd olunan ərazilərə daxil olmaları qadağandır”, - deyə məlumatda vurğulanıb. aia.az Geri dön |