Ana Sayfa > Ölkə / Karusel > Masallıda 3 nəfərin dəm qazından ölməsi ilə bağlı cinayət işi başlandı
Masallıda 3 nəfərin dəm qazından ölməsi ilə bağlı cinayət işi başlandı11-03-2024, 11:56. Yazar: sevinc1 |
3 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Masallı rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, martın 11-də Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı qeyd olunan evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub. Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. aia.az Geri dön |