Ana Sayfa > Parlament > Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərləndi
Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərləndi11-03-2024, 09:38. Yazar: sevinc1 |
![]() Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub. aia.az xəbər verir ki, rayonun Qaradağ kənd sakinləri, bir ailənin üzvləri - 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı dəm qazından zəhərləniblər. Digər zəhərlənmə faktı Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb. Həmin hadisə zamanı 1955-ci il təvəllüdlü M.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər. Zəhərlənən şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir. Faktlarla bağlı araşdırma aparılır. Geri dön |