Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > Bakı Sağlamlıq Mərkəzində “Qan ver həyat bəxş et!” adlı könüllü qanvermə aksiyası keçirildi
Bakı Sağlamlıq Mərkəzində “Qan ver həyat bəxş et!” adlı könüllü qanvermə aksiyası keçirildi10-03-2024, 19:20. Yazar: sevinc1 |
Qeyd edək ki, artıq ənənəyə çevrilmiş bu humanist aksiyada Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi, tibbi və inzibati heyəti ilə yanaşı könüllü vətəndaşlar da iştirak ediblər. Mərkəzimizin tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı xəstələrin qan ehtiyaclarının təmin olunmasına təmənnasız kömək etmək üçün istifadə olunacaqdır. Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb, bu nəcib təşəbbüsə qoşulan könüllü donorlara minnətdarllığını bildirib və digər şəxsləri də qanvermə aksiyalarında fəal iştirak etməyə səsləyib. Baş tutmuş aksiyadan görüntüləri Sizlərə təqdim edirik. Xoş seyrlər! aia.az Geri dön |