Ana Sayfa > Siyasət > Vladimir Putin İstanbula gəldi

Vladimir Putin İstanbula gəldi


10-10-2016, 15:11. Yazar: admin


Rusiya prezidenti Vladimir Putin İstanbula səfərə gəlib.

Bu barədə RİA Novosti məlumat yayıb.

V.Putin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin xüsusi sessiyasında iştirak edəcək.

Bu gün yerli vaxtla saat 16:00-da isə Rusiya prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Görüşdə enerji məsələsi, ikitərəfli əlaqələr və Suriya məsələsi müzakirə olunacaq.

V.Putinin Venesuela prezidenti ilə görüşü də gözlənilir.
Geri dön