Ana Sayfa > Dünya > Türkiyə ilə sərhədlərin açılmasını istəyirik -

Türkiyə ilə sərhədlərin açılmasını istəyirik -


7-03-2024, 15:00. Yazar: sevinc1
Türkiyə ilə sərhədlərin açılmasını istəyirik -

Ermənistan Respublikası olaraq səmimi şəkildə (Türkiyə ilə-red.) tezliklə dövlət sərhədlərinin açılmasını istəyirik.

aia.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən deyib.

Mirzoyan sərhədlərinin açılmasının faydalı olacağını düşündüyünü bildirib.

Onun sözlərinə görə, əlaqələrin, o cümlədən iqtisadi əlaqələrin inkişaf etməsi ilk əvvəl insanlara faydalı olacaq və “Ermənistan vətəndaşlarının əksəriyyəti bunun fərqindədir”.

aia.az
Geri dön