Ana Sayfa > Siyasət > Gülər Sultanzadə: “Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda formalaşması ən vacib məsələlərdən biridir”
Gülər Sultanzadə: “Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda formalaşması ən vacib məsələlərdən biridir”7-03-2024, 10:28. Yazar: sevinc1 |
![]() “Azərbaycan bu gün Avrasiya məkanında cərəyan edən proseslərə təsir imkanları getdikcə artan, dünya birliyində, ən mötəbər beynəlxalq təşkilatlarda sözü eşidilən, Avropanın enerji təhlükəsizliyi məsələsində həlledici mövqelərdən birinə sahib olan nüfuzlu dövlətdir. Ən əsası Azərbaycan artıq özünün ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş, uzun illər ərzində dövlətçiliyimizin əsaslarını təhdid edən erməni separatizminin kökünü kəsmiş, iqtisadi gücünü, hərbi qüdrətini isbat etmiş bir ölkədir. Əlbəttə ki, bütün bunlara nail olmaq heç də asan olmayıb. Bütün uğur və nailiyyətlərin əsasında cənab Prezident İlham Əliyevin bilavasitə müəyyən etdiyi strateji kurs, yürütdüyü daxili və xarici siyasət xətti, həyata keçirdiyi əhatəli və köklü islahatlar durur. Xüsusilə son bir neçə ildə Azərbaycanda həyata keçirilən siyasi reformaların əhmiyyətinin düzgün qiymətləndirilməsi baxımından ölkəmizdə 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinin vaxtında atılmış və son dərəcə doğru bir qərar olduğu qeyd olunmalıdır. Həmin il mart ayının 10-da dövlət başçısının iştirakı ilə keçirilmiş altıncı çağırış Milli Məclisin ilk iclası da sonrakı dövrdə ölkəmizdə gedən ictimai-siyasi proseslərin istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən hadisə idi. İclasda etdiyi çıxışında cənab Prezident xüsusi olaraq vurğuladı ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Diqqətəlayiq haldır ki, həmin vaxt seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət kifayət qədər yüksək olmuş və Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Daha sonra partiya fəalı qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən təqdim olunan milli maraqların qorunması konsepsiyası mütləq şəkildə gənc nəslin sağlam vətənpərvər ruhda formalaşmasını da nəzərdə tutur: “Öz çıxışında cənab Prezident xüsusi olaraq bu məqamı da diqqət mərkəzinə çəkdi ki, Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda tərbiyə almaları, xarici təsir altına düşməmələri eyni zamanda həm dövlətin, həm də bütün cəmiyyətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Əsl vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmi verdi. Qeyd etmək lazımdır ki, bu gün gənclərin Parlament seçkilərində çox sayda mandat alması da onlara göstərilən yüksək etimadın bariz təzahürüdür. Möhtərəm dövlət başçımızın bu məsələ ilə bağlı söylədiyi fikirlər bir daha təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənpərvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir. Bu vəzigələrin də daha yüksək effektivliklə həyata keçirilməsi üçün milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş olmalıdır” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb. Geri dön |