Ana Sayfa > Cəmiyyət > Bacısının əri ilə qaçan 15 yaşlı qızın ailəsində bədbəxt hadisə

Bacısının əri ilə qaçan 15 yaşlı qızın ailəsində bədbəxt hadisə


10-10-2016, 14:53. Yazar: admin


Cəlilabad rayonunda qızı kürəkəni tərəfindən qaçırılan Məmmədrzalı kənd sakini Ramil Yusubov infrakt keçirib.
Bu barədə R.Yusubovun qardaşı Rahim Yusubov məlumat verib:

"Qardaşım Bakıdan gələn gün vəziyyəti ağırlaşdı. Xəstəxanaya gətirdik, məlum oldu ki, infrakt keçirib. Həkimlər deyirlər ki, vəziyyəti orta ağırdır".

Qeyd edək ki, R.Yusubovun 14 yaşlı qızı Gülbahar Əhmədova sentyabrın 23-dən itkin düşüb. Ailənin ilkin ehtimalına görə azyaşlı qızı rayonun Mikayıllı kəndindən olan kürəkənləri, 26 yaşlı Ələmdar Məmmədov qaçırıb.
Geri dön