Ana Sayfa > Siyasət > Ədalətə çağırış
Ədalətə çağırış6-03-2024, 13:49. Yazar: sevinc1 |
Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu mühüm tədbirdə iştirak edərək çıxış edib. Çıxışında ölkəmizin enerji siyasətinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd etmişdir. Xüsusən bu sahədə Azərbaycan-Albaniya əməkdaşlığının kifayət qədər əhəmiyyəti vardır. Hər iki ölkə beynəlxalq təsisatlarda bir-birini dəstəkləyir, habelə enerji təhlükəsizliyi məsələlərində birgə əməkdaşlıq edirlər: “Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Hazırda isə biz enerji əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edirik. Əminəm ki, cənab Baş nazirlə bugünkü müzakirəmiz zamanı gündəlikdə duran bütün məsələləri əhatə edəcəyik.” Cənub Qaz Dəhlizinin enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etdiyini bildirən ölkə başçısı əməkdaşlığın coğrafiyasının genişləndiyini xüsusi qeyd etmişdir. Cənub Qaz Dəhlizinin yeni marşrut olduğunu, bu gün həmin layihənin tətbiqi sayəsində enerji şaxələndirilməsi mümkün olmuşdur. Azərbaycan qazının ixrac olunduğu 8 ölkədən altısının məhz Avropa ölkəsi olduğunu nəzərə çatdıran cənab Prezident eyni zamanda COP29-a cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi məsələsi dəqiqləşəndən sonra bir sıra QHT-lərin və media təşkilatlarının ölkəmizi tənqid etməsini absurd bir hərəkət adlandırmışdır: “Baxmayaraq ki, qeyd etdiyim kimi bu, qüsur deyil, Allahdan bir hədiyyədir. Lakin bizə hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. Gəlin, bu məsələyə başqa bir bucaq altında baxaq. Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir.” Neft və qazla zəngin olmasına baxmayaraq Azərbaycanın iqlim dəyişikliyinə həsr olunmuş qlobal tədbirdə fəal iştirak edirsə, bərpaolunan enerjiyə keçiddə maraqlıdırsa bunun təşviq edilməsi əvəzinə tənqid edilməsinin əslində siyasi məqsədlər güddüyünü diqqətə çatdıran cənab İlham Əliyev bildirdi ki, “Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir. Yalnız bundan sonra, ədalətli təhlildən sonra bu ölkələr barədə mühakimə yürütmək olar.” Cənab İlham Əliyev ölkəmizin yaşıl enerji siyasətinin daha da inkişaf etdiriləcəyini bildirərək Azərbaycanı qazıntı enerjisinin mövcudluğuna görə tənqid edənləri isə ədalətli olmağa çağırmışdır. Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |