Ana Sayfa > Özəl > Suriya: Qərb siyasətçilərində hələ də müstəmləkəçilik zehniyyəti hökm sürür
Suriya: Qərb siyasətçilərində hələ də müstəmləkəçilik zehniyyəti hökm sürür6-03-2024, 13:05. Yazar: sevinc1 |
Suriya Xarici İşlər Nazirliyi Qərb ölkələrinin müstəmləkəçilik zehniyyətini və digər xalqlara qarşı ekspansionizmini tənqid edərək bildirib ki, Qərbdə siyasi vəziyyət fəlakətlidir və hazırda qeyri-etik ziddiyyətlər və reallıqdan uzaqlaşma ilə xarakterizə olunur. Avropa Birliyi son iclasında Suriya hökumətinə qarşı yalan iddialar irəli sürərək, Qərbin və ABŞ-ın İŞİD terror qruplaşmasına davamlı dəstək verməsindəki roluna məhəl qoymadı. Dəməşq Avropa İttifaqının iddialarını pisləyərkən, bu hərəkəti “daxili işlərinə açıq-aşkar müdaxilə” kimi qiymətləndirərək, bunu irqçi zehniyyətlərlə dolu adlandırıb. Müstəmləkəçilik təfəkkürü və ekspansionizmin bir çox Qərb siyasətçilərinin zehnində hələ də hakim olduğunu vurğulayan Nazirlik bu cür iddiaların Qərbdə qeyri-etik ziddiyyətlər və reallıqdan uzaqlaşma ilə müşayiət olunan fəlakətli siyasi vəziyyəti əks etdirdiyini bildirib. aia.az Tərcümə şöbəsi Geri dön |