Ana Sayfa > Özəl > “İsrail universitetləri sionist müstəmləkəçiliyin qolu rolunu oynayır”
“İsrail universitetləri sionist müstəmləkəçiliyin qolu rolunu oynayır”5-03-2024, 22:23. Yazar: sevinc1 |
Pars Today - Maya Wind "Fildişi və Polad Qüllələri" adlı yeni kitabında işğal olunmuş ərazilərdə sionist müstəmləkəçiliyinə xidmət etmək üçün akademik qurumların yaradıldığını açıqlayır. Bu kitabın birinci bölməsində Maya Wind sionist müstəmləkə dövlətinin əsasları kimi İsrailin akademik institutlarının yaradılmasından bəhs edir. Kitabın ikinci bölməsində aparteid rejiminin həyata keçirilməsi və bu qurumlar tərəfindən fələstinli tələbə və professorların sıxışdırılmasına yer verilir. Kitab boyunca oxucular İsrail universitetlərinin sionist aparteid rejimini rasionallaşdırmaq və qanuniləşdirmək üçün lazımi bilikləri necə təmin etdiyi barədə fikir əldə edirlər. İsrail rejimi 1948-ci ildə İngilis müstəmləkəçiliyinin dəstəyi ilə Fələstin torpağında qurulub və o vaxtdan bəri fələstinliləri məhv etmək və bütün torpaqlarını ələ keçirmək üçün müxtəlif kütləvi qırğın planları həyata keçirib. Bu parça Mondoweiss saytından götürülmüşdür. aia.az Tərcümə şöbəsi Geri dön |