Ana Sayfa > Siyasət > Avropaya tutarlı mesaj

Avropaya tutarlı mesaj


5-03-2024, 16:10. Yazar: sevinc1
Avropaya tutarlı mesaj

“Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir”. Cənab Prezident İlham Əliyevin Cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə söylədiyi bu fikirlər ölkə başçısının ikili standartlara münasibətinin ifadəsi olmuşdur.
Cənab Prezident qeyd etmişdir ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur.
Almaniyanın neytral mövqeyini alqışladığını bildirən cənab Prezident Fransanın yanan ocağa benzin tökdüyünü,Makronun havadan götürdüyü absurd fikirlərin mənasızlığını qeyd etmiş və belə təhdidlərin Cozüf Borrel kimi siyasi xadimlər tərəfindən də təkrarlanmasına təssüfünü bildirmişdir.
Fransanın Azərbaycana qarşı qərəzinin təməlində Qarabağın azad olunması, cinayətkar xunta rejiminin kökünün qazılması dayanır. Odur ki, dövlət başçısı xatırlatdı: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib”.
Dövlət başçısı qətiyyətlə bildirmişdir ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Bu günədək Ermənistan sülh prosesini pozmaqdan ötrü dəridən-qabıqdan çıxır. Lakin bu məsələdə Borrel də Makron da susur. Çünki susmaq daha sərfəlidir.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşdü. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. O zaman Ermənistana gözün üstə qaşın var deməyən beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurası nədənsə birdən-birə etnik təmizləmədən danışmağa başlayıb. Azərbaycanı insan haqlarını pozmaqda suçlayan Avropa Şurasında qərar layihəsi təəssüf ki, kansler Şoltsun partiyasının nümayəndəsidir. Adı bir sıra qalmaqallarda hallanan birinin yanlış mövqeyi hər halda ikili standartarın nəticəsi kimi qiymətləndirilir və belə yanlış qərar tezliklə düzəldilməyəcəyi təqdirdə Azərbaycan Avropa Şurasından tamamilə çıxmaq məsələsinə baxmalı olacaqdır.
Azərbaycanın iiqtisadi cəhətdən möhkəmləndiyini, özünü təmin etmək iqtidarında olduğunu qeyd edən ölkə başçısı hamını əməkdaşlığa çağıraraq reallığı qəbul etməyə Cənubi Qafqazada söz sahibi olan azərbaycanla razılaşmağa səslədi.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü

Geri dön