Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > “Caspian Plaza”da adam öldü

“Caspian Plaza”da adam öldü


7-09-2015, 11:46. Yazar: admin

Faktla bağlı araşdırma aparılır.

Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib.

Aia.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Caspian Plaza”da qeydə alınıb. Orada yerləşən şirkətlərdən birinin layihə rəhbəri, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Urfan Zaman oğlu Səfərov iş yerində qəfildən dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.
Geri dön