Ana Sayfa > Seçki 2024 > Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı


5-03-2024, 09:50. Yazar: sevinc1
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanıldı

Martın 4-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

aia.az
Geri dön