Ana Sayfa > Karusel / Seçki 2024 > "Dostluq" kinoteatrı niyə hasarlanıb?

"Dostluq" kinoteatrı niyə hasarlanıb?


5-03-2024, 09:25. Yazar: sevinc1
"Dostluq" kinoteatrı niyə hasarlanıb?

Sosial mediada "Dostluq" kinoteatrının ətrafının hasara alınması ilə bağlı yeni görüntülər yayılıb.

aia.az-ın məlumatına görə, məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, kinoteatrının fasad hissəsinin vəziyyəti ilə bağlı tikilinin ətrafı təhlükəsizliyin təmin olunması məqsədilə hasarlanıb.

Dövlət Xidmətindən o da bildirilib ki, “Dostluq” kinoteatrının tarixi abidələr siyahısına salınması ilə bağlı məsələyə baxılır.

aia.az
Geri dön