Ana Sayfa > Dünya > NATO-nun genişmiqyaslı təlimi başladı

NATO-nun genişmiqyaslı təlimi başladı


4-03-2024, 09:53. Yazar: sevinc1
NATO-nun genişmiqyaslı təlimi başladı

Bu gün Şimali Atlantika Alyansının (NATO) “Nordic Response 24” adlı genişmiqyaslı hərbi təlimləri başlayır.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçirilir.

Manevrlərə Norveç rəhbərlik edir.

Təlim martın 15-dək davam edəcək.

Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur.

“Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir.

aia.az
Geri dön