Ana Sayfa > Özəl > İsrail də ölülərə hücum edir! Kütləvi qəbiristanlığa bombalar atılıb
İsrail də ölülərə hücum edir! Kütləvi qəbiristanlığa bombalar atılıb4-03-2024, 09:27. Yazar: sevinc1 |
İsrail döyüş təyyarələri Qəzza zolağının şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsində əvvəlki hücumlarda həlak olan yüzlərlə fələstinlinin birlikdə basdırıldığı qəbiristanlığı bombalayıb.Qəzzanın şimalındakı Mülki Müdafiə Birliyinin rəisi Əhməd əl-Kəhlut AA müxbirinə bildirib ki, İsrail döyüş təyyarələri Cibaliya Qaçqınlar Düşərgəsində əvvəlki hücumlarda həlak olan yüzlərlə fələstinlinin dəfn olunduğu qəbiristanlığa hava hücumu təşkil edib. Kahlut, burada basdırılan cəsədlərin bombardman nəticəsində torpaqdan çıxdığını və mülki müdafiə qruplarının cəsədləri yenidən basdırmaq üçün sıx səy göstərdiyini bildirib. Aylardır davam edən qırğında həyatını itirən minlərlə insan üçün qəbiristanlıqlarda yer tapa bilməyən Qəzza əhalisi qalıqlarını kütləvi məzarlıqlarda basdırmaq məcburiyyətində qalır. aia.az tərcümə şöbəsi Geri dön |