Ana Sayfa > Cəmiyyət > Bakıda avtomobil qatara çırpıldı: sürücü öldü

Bakıda avtomobil qatara çırpıldı: sürücü öldü


7-10-2016, 10:44. Yazar: admin


Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda "QAZ" markalı yük avtomobili dəmir yol keçidi ilə hərəkət edən yük qatarına çırpılması nəticəsində nəqliyyat hadisəsi baş verib.

Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Deformasiyaya uğramış avtomobildən sürücünün sıxılmış vəziyyətdə qalmış meyitini çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:32-də başa çatıb.
Geri dön