Ana Sayfa > Cəmiyyət > Bakıda anasını itirən gənc intihar etdi

Bakıda anasını itirən gənc intihar etdi


7-10-2016, 10:38. Yazar: admin


Bakıda intihar hadisəsi baş verib.

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Kalinin küçəsi, 4 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 18 yaşlı Xəyal Surxay oğlu Yəhyalı özünü asıb.

Məlumata görə, X.Yəhyalı 2 il əvvəl anasını itirib. Həmin vaxtdan bəri depressiyaya qapanan gənc bir neçə dəfə intihara cəhd edibmiş.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Geri dön