Ana Sayfa > Karusel / Siyasət > "Artıq regionda de-fakto sülh var" -
"Artıq regionda de-fakto sülh var" -1-03-2024, 15:51. Yazar: sevinc1 |
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalyada keçirilən III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində iştirak edib. aia.az xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsində paylaşıb. "Antalya Diplomatik Forumunda Cənubi Qafqazla bağlı maraqlı və gərgin panel müzakirələrimiz oldu. Artıq regionda de-fakto sülh var", - deyə Hikmət Hacıyev yazıb. Qeyd edək ki, Prezidentin köməkçisi müzakirələr zamanı bildirib ki, Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına dair aydınlıq gətirməsini gözləyir. aia.az Geri dön |