Ana Sayfa > Parlament / Karusel > "Bələdiyyələrin birləşməsi prosesi davam edəcək" -
"Bələdiyyələrin birləşməsi prosesi davam edəcək" -1-03-2024, 12:13. Yazar: sevinc1 |
"Gələcəkdə də bələdiyyələrin birləşməsi prosesi davam edəcək. Bu, bir çox dövlətlərdə tətbiq olunur". aia.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib. Deputat bildirib ki, bu, Azərbaycan üçün də yeni təcrübə deyil: "Sayca 3-cü birləşmə prosesi gedir. Bu dəfəki birləşmə prosesi mexanizminə görə fərqlənir". “Bələdiyyə ərazisində olan əhali və təsərrüfat sayı azala da bilər. Çünki burada köç və miqrasiya məsələləri var. Əgər bu olsa, bələdiyyələr öz rəyləri ilə Milli Məclisə müraciət edərək birləşmə haqqında məsələni qaldıra bilər. Gələcəkdə bu cür qanun layihələrinə təkrar düzəliş edilməsinə ehtiyac qalmayacaq. Bələdiyyə seçkilərinə bir il qalmış bu məsələlər öz həllini tapacaq, birləşmə baş verəcək”. aia.az Geri dön |