Ana Sayfa > Ölkə > Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı

Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı


29-02-2024, 17:33. Yazar: sevinc1
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı

Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini, əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı 25-ci polis şöbəsində araşdırmalar aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

aia.az
Geri dön