Ana Sayfa > İqtisadiyyat > Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi növbəti yenilik ödəniş əməliyyatlarını asanlaşdıracaq
Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi növbəti yenilik ödəniş əməliyyatlarını asanlaşdıracaq29-02-2024, 17:02. Yazar: sevinc1 |
Xarici ticarət iştirakçıları cari ilin yanvar ayından fəaliyyətini dayandıran Hökumət Ödəniş Portalı üzərindən həyata keçirdikləri ödəniş əməliyyatlarını artıq · “Elektron hesab səhifəsi”ndə və · “Elektron gömrük ödənişləri xidməti”ndə yeni yaradılan · “Avans ödənişləri” altbölməsi vasitəsi ilə reallaşdıra biləcəklər. Tətbiq edilən yenilik bütün ödəniş əməliyyatlarının müxtəlif banklara müraciət etmədən vahid məkandan həyata keçirilməsinə, vaxt itkisinin qarşısının alınmasına şərait yaradacaq. Xarici ticarət iştirakçıları “Avans ödənişləri” üzərindən şəxsi hesablarına vəsait əlavə etməklə bütün növ gömrük borclarını ödəyə biləcəklər. Geri dön |