Ana Sayfa > Seçki 2024 > 104-cü kvartalda mövcud olan 300 evin mövcud olmayan qaz təminatı "Açıq mikrofon"da

104-cü kvartalda mövcud olan 300 evin mövcud olmayan qaz təminatı "Açıq mikrofon"da


29-02-2024, 16:17. Yazar: sevinc1
104-cü kvartalda mövcud olan 300 evin mövcud olmayan qaz təminatı "Açıq mikrofon"da

Şəki şəhərində təşkil olunan "Səyyar qəbul otağı"na bu dəfə 104-cü kvartalın sakinləri təşrif buyurub. 300 evin adından ünvanlanan 15 sakinin müraciəti isə eyniyönümlü olub. Mikrofon önünə çıxan vətəndaşlar 104-cü kvartalın mavi yanacaqla təmin olunmasını istəyiblər. Zaqatala RQİİ-nin rəhbər şəxsləri qeyd ediblər ki, ölkə ərazisində qazlaşma  işləri plana uyğun olaraq mərhələli şəkildə aparılır və 104-cü kvartal da digər qazlaşmayan ərazilər kimi Birliyin diqqət mərkəzindədir. Sonda hər bir müraciətin qeydiyyatı aparılaraq aksiyanın Şəki şəhərindəki missiyasına yekun vurulub.
Geri dön