Ana Sayfa > Seçki 2024 > YAP Səbail rayon təşkilatının növbəti görüşü təşkil olunub

YAP Səbail rayon təşkilatının növbəti görüşü təşkil olunub


29-02-2024, 15:00. Yazar: sevinc1
YAP Səbail rayon təşkilatının növbəti görüşü təşkil olunub

YAP Səbail rayon təşkilatının “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik adlı məktəbin növbəti görüşü Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunub.

aia.az xəbər verir ki, gənclərin iştirakı ilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda keçirilən tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış ediblər.

Çıxış edənlər YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxışlarında bu cür tədbirlərin keçirilməsinin və gənclərin Heydər Əliyev irsi barədə geniş məlumata sahib olmasının əhəmiyyətini vurğulayıb.Bu tədbiri keçirməklə nəzərdə tutmuşuq ki, Heydər Əliyevin irsi, Azərbaycanın qurulmasında atdığı böyük addımlar barədə gənclərimizi məlumatlandıraq. Bu məktəbin əsas əhəmiyyəti dahi şəxsiyyəti haqqında daha yaxından məlumat almaqdır.

Sonra görüşə qatılan gənclər üçün ekskursiya təşkil olunub, onlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları haqqında ətraflı məlumat verilib.
Geri dön