Ana Sayfa > Seçki 2024 > Bu gün 3 rayonda qaz olmayacaq

Bu gün 3 rayonda qaz olmayacaq


29-02-2024, 09:13. Yazar: sevinc1
Bu gün 3 rayonda qaz olmayacaq

Bu gün Bakının Xəzər, Xətai və Yasamal rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsində diametri 219 mm və 76 mm-lik qaz xətlərinin yerinin dəyişdirilməsi, Xətai rayonu, Cavanşir küçəsində d325 mm-lik qaz xəttində və Yasamal rayonu, Yeni Yasamal ərazisində d530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədi ilə fevralın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Binə qəsəbəsinin bir hissəsi), Xətai rayonunun (Cavanşir, Sadıqcan, Qədir Məmmədov və M.Hadi küçələri) və Yasamal rayonunun (2-ci Alatava, Yeni Yasamal 1, 2 yaşayış massivləri, Şərifzadə, Ə.Əhmədov, Talıblı, Zərdabi, 7-ci Alatava, Kənar dairəvi, General Həmidov, V.Əliyev, Z.Kazımov, X.Dadaşov, D.Bünyadzadə, Ü.Əkbərov, M.Həsənov, K. Rəhimov və X. Musdafayev küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Geri dön