Ana Sayfa > Gündəm > Gülənə və PKK-ya işləyən telekanal belə bağlandı - VİDEO - FOTO
Gülənə və PKK-ya işləyən telekanal belə bağlandı - VİDEO - FOTO6-10-2016, 14:25. Yazar: admin |
Türkiyədə qüvvədə olan fövqəladə hal rejiminin tələblərini kobud şəkildə pozduğuna görə fəaliyyəti dayandırılan telekanallar arasında İMC TV də var. Kürdlərin terror təşkilatı olan PKK və eyni zamanda Fətullah Gülənin "Hizmet" hərəkatı ilə çox sıx əlaqələri olan telekanalın "Gündəm" proqramı canlı yayımda olarkən studiyaya gələn polislərlə Türkiyə Ali Radioteleviziya Şurasının (RTÜK) əməkdaşları telekanalı qapadıblar. Milli.Az AA-ya istinadən bildirir ki, İMC TV-nin bütün avadanlıqları TRT-yə veriləcək. Türkiyədə uğursuz hərbi çevriliş cəhdindən sonra fövqəladə hal rejimi tətbiq olunub. FETÖ ilə əlaqələrə görə 3 xəbər agentliyi, 16 telekanal və 23 radiostansiya qapadılıb. [media=https://youtu.be/ARdFDzZfIsY] Geri dön |