Ana Sayfa > Özəl > Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb
Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə hücumu nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb27-02-2024, 08:26. Yazar: sevinc1 |
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin Belqorod vilayətində avtomobilə hücumu nəticəsində ölənlərin sayının 4-ə yüksəldiyini bildirib. Bu barədə o, Telegram kanalında yazıb. “Daha bir yaralı sakin ağır vəziyyətdə xəstəxanaya gətirilib”, - deyə rayon rəhbəri bildirib. Onun sözlərinə görə, zərərçəkənin vəziyyəti stabilləşib və o, daha sonra rayon klinik xəstəxanasına göndərilib. Qubernator əlavə edib: "Daha üç nəfər orta dərəcədə yaralanıb. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin Belqorod vilayətində avtomobilə hücumu nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb. aia.az Tərcümə şöbəsi Geri dön |