Ana Sayfa > Özəl > Aİ pul köçürmələrini sürətləndirəcək

Aİ pul köçürmələrini sürətləndirəcək


26-02-2024, 20:34. Yazar: sevinc1

Aİ pul köçürmələrini sürətləndirəcək

Avropa İttifaqı (Aİ) ölkələri avro pul köçürmələrinin saniyələr ərzində həyata keçirilməsinə imkan verəcək qaydanı təsdiqləyib.
Aİ Şurası avro pul köçürmələri üçün "ani ödənişlər" qaydasının üzv dövlətlər tərəfindən qəbul edildiyini açıqladı.

Buna uyğun olaraq, ani ödəniş sistemi ilə Avro pul köçürmələri həm eyni ölkə daxilində, həm də digər Aİ ölkələri arasında, hətta iş saatları xaricində də 10 saniyə ərzində həyata keçirilə bilər.

Banklar kimi ödəniş xidməti təminatçıları avro ilə ani “göndərmə” və “qəbul” xidmətləri təklif etməlidirlər.

Bu maliyyə institutları tərəfindən əməliyyat üçün alınan komissiya standart kredit köçürmələri üçün tətbiq edilən komissiyadan yüksək ola bilməz.

Beləliklə, Avropada iqtisadiyyatın və maliyyə sektorunun strateji muxtariyyəti yaxşılaşdırılacaq, eyni zamanda üçüncü ölkənin maliyyə institutlarından və infrastrukturlarından həddindən artıq asılılıq azalacaq.

Hazırda Aİ ölkələri arasında pul köçürmələri bir neçə gün çəkə bilər.

Yeni ödəniş sistemi Avropa ödəniş şirkətlərinin ABŞ-ın Visa və Mastercard şirkətləri ilə rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.

aia.az
Tərcümə şöbəsi
Geri dön