Ana Sayfa > İqtisadiyyat > Azərbaycan Mərkəzi Bankı “Premium Bank”a icrası məcburi sərəncam verdi
Azərbaycan Mərkəzi Bankı “Premium Bank”a icrası məcburi sərəncam verdi26-02-2024, 15:39. Yazar: sevinc1 |
Azərbaycan Mərkəzi Bankı (AMB) “Premium Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib. aia.az xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu addım xarici valyutada likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində yanvarın sonuna AMB-yə təqdim edilmiş hesabatda qurumun "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilmədiyinə görə “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb. aia.az Geri dön |