Ana Sayfa > Özəl / İdman > İdman turnirinə start verilir

İdman turnirinə start verilir


24-02-2024, 21:45. Yazar: sevinc1
İdman turnirinə start verilir

aia.az xəbər verir ki, 25 Fevral 2024-cu il tarixində “Qartal” Peşəkar İdman Klubunun təşkilatçılığı ilə VK-1 idman növü üzrə açıq turnirə start veriləcəkdir. Turnir həm həvəskar, həm də peşəkar idmançılar arasında təşkil olunub. Yarışda kadetlər arasında Səmədli Turan və Məmmədli Məhəmməd, yeniyetmələr arasında Sadıq Əsgərli və Tural Orucəliyev, gənclər arasında Nihad Yusifli və Ayxan Məmmədov, böyüklər arasında Mədəd İbrahimov və İlham Hüseynov əsas favoritlərdəndir.

Yarışda “Qartal” PİK, “Qaraçöp” İK, “Alış” İK, “Nokaut” İK, “Modern” İK, “Yarasa” İK , “Golden Rinq” İK və bir neçə digər idman klublarından ümumilikdə 100 nəfər idmançı iştirak edəcək.

Yarış iştirakçılarına uğurlar arzu edirik!






Geri dön