Ana Sayfa > Ölkə > Faciəli şəkildə ölən müəllimlərin

Faciəli şəkildə ölən müəllimlərin


23-02-2024, 17:30. Yazar: sevinc1
Faciəli şəkildə ölən müəllimlərin

Xəbər verildiyi kimi, fevralın 22-də axşam saatlarında İsmayıllıda ağır yol qəzası baş verib.

aia.az xəbər verir ki, qəzada həlak olan 34 yaşlı Nigar Bayramova Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. İsmayıllının Xanəgah kəndi ərazisində minik avtomobilinin yük avtomobilinə toqquşması nəticəsində xəsarət alan N.Bayramova dünyasını dəyişib.

Bundan başqa, fevralın 17-də Qazax rayonunun Qarapapaq kəndində avtomobilin vurduğu həmin kənddəki orta məktəbin ingilis dili müəllimi 1975-ci il təvəllüdlü Elmira Şıxlinski də xəstəxanada vəfat edib. Onunla birgə qəzada xəsarət alan şagird, 2007-ci il təvəllüdlü Rəqsanə Məmmədovanın müalicəsi davam etdirilir.

aia.az
Geri dön