Ana Sayfa > Karusel / Ölkə > Rey Kərimoğlu xəstəxanaya aparıldı
Rey Kərimoğlu xəstəxanaya aparıldı23-02-2024, 12:24. Yazar: sevinc1 |
Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhəti pisləşib və o, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. aia.az Qaziler.az-a istinadla xəbər verir ki, R.Kərimoğlunun qan təzyiqi gecə çox yüksəlib. Təcili yardım çağrılıb və jurnalist Xətai Tibb Mərkəzinə çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərilib. Səhər saatlarında qazinin vəziyyəti yenidən pisləşib. Təcili tibbi yardım briqadası çağrılıb. Həkimlər onun təzyiqini normallaşdıra biliblər. Hal-hazırda jurnalistin vəziyyəti yaxşıdır. Həkimlər ona xəstəxanada yatmağı məsləhət görüblər. aia.az Geri dön |