Ana Sayfa > Manşet / İdman > Stadiona Qurban Qurbanovun adı verilsin -
Stadiona Qurban Qurbanovun adı verilsin -23-02-2024, 12:22. Yazar: sevinc1 |
“Hazırda icra hakimiyyəti orqanları vətəndaşı qəbul edib, yola salmaq funksiyası daşıyır”. aia.az xəbər verir ki, bu sözləri Milli Məclisin 23 fevral 2024-cü il tarixli iclasında deputat Fazil Mustafa deyib: “Onların vətəndaşın problemi həll etmə səlahiyyəti yoxdur. Onların vəzifələrinin xeyli hissəsi əllərindən alınıb. Real bələdiyyə funksiyası həyata keçirən qurum göstərmək çətindir. Onların konkret olaraq hansı işləri görə bilmə səlahiyyətlərinin olması danışılmır. Bələdiyyələr vətəndaşa çevik cavab verə bilən, kiçik və orta sahibkarlara dəstək verən ən vacib orqandır. Lakin bizdə bu sahədə bələdiyyənin rolunu görmək mümkün deyil. Bələdiyyə özü fəaliyyətə keçsə, heç dövlətdən maliyyə almağa ehtiyacı qalmaz. Xaricdə bələdiyyələrin idman sahəsində öz komandaları var. Dünən Qarabağın qələbəsini qeyd etdik, lakin Qarabağdan başqa heç bir komandamızı Avropaya çıxara bilmirik. Təklif edirəm ki, Qarabağda tikiləcək futbol stadionuna Qurban Qurbanovun adı verilsin”. aia.az Geri dön |