Ana Sayfa > Seçilənlər-2 > "YENİ QURAN YAZIRAM!" - Azərbaycanda gözlənilməz bəyanat - FOTOLAR

"YENİ QURAN YAZIRAM!" - Azərbaycanda gözlənilməz bəyanat - FOTOLAR


6-10-2016, 12:13. Yazar: admin


Azərbaycanın gənc və populyar şairlərindən olan Şəhriyar del Gerani birmənalı olmayan, dindarları sinirləndirə biləcək açıqlama ilə çıxış edib.

Şəhriyar del Gerani cəmiyyətdə heç də birmənalı qarşılanmayacaq, dindarların qəzəbinə səbəb olacaq bir açıqlama verib.

O, "yeni" Quran yazdığını bəyan edib:
Şəhriyar del Gerani Facebook-dak profilində yazıb: "Yeni "Quran" kitabı yazıram. Bu, mənim iradəmdən kənar bir şeydir. Düzü, mənə dayanmadan diqtə olunur bu mövzuda yazmaq. Hər şeyi açıq-açığına deyə bilmirəm. Anlayışlı yanaşın, xahiş edirəm. Sağlıq olsun, gələn ilin payızına tamamlayaram, çox yəqin. Tam əminliklə deyirəm: bu "Quran" çağdaş ateistlərin və deistlərin suallarına tam olaraq cavab verəcək bir kitab olacaqdır. Xatırladım ki, sonuncu "Quran"ın bir çox "surə"lərinin (hekayətlərinin) üzərində ciddi redaktələr olunmuş. Yeni ayələr (misralar) isə tam olaraq orijinaldır. Xəbəriniz olsun. Ki, istər intellektual, istər ruhani, istərsə də bədii cəhətdən bu "Quran" kitabı bütün parametrlərdə daha dəqiq, daha mükəmməl olacaqdır. Səmimiyyətə qalsa, mən özüm də həddindən ziyadə maraqlıyam bu kitabın nicat tapmasına. Allah böyükdür! Eşqlərimlə..."

Geraninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və təbii ki, şairin bəyanatı qeyri-adekvat, absurd sayılıb.
Dünənsə Gerani yazıb: "Tam ciddi, belə kim istəyir, facebook parolumu verim, inboxa baxsın. 124 min peyğəmbərin, 11 imamın, səhabələrin, minlərlə hədisin, Quranın tərbiyə etdiyi dindarların səviyyəsini, mədəniyyətini, əxlaqını görsün..."

İlahiyyatçı Elşad Miri olayla bağlı olaraq a24.az-a verdiyi açıqlamasında bildirib ki, vəhy əsasında yeni "Quran" kitabının yazılması mümkün deyil.

Onun sözlərinə görə, hər şeydən əvvəl şairin "mənə bu mövzuda yazmaq dayanmadan diqtə olunur" cümləsinin özünün şərhə ehtiyacı var:
"Mən özüm də həmin yazını oxudum. Şəhriyar del Gerani orada qeyd edib ki, ona bu mövzuda dayanmadan diqtə edilir. Birincisi, diqtə olunmaq vəhy olunmaq mənasındadır. Allah da "Quran"da ənam sürəsinin 121-ci ayəsində şeytanın da vəhy etdiyini bildirir. Məsələnin ikinci tərəfi, həmin şəxsin yazdığı "Quran" olmayacaq. Başqa bir kitabı eyni adla yazmaq, mən inanıram ki, yazıçılığın özünə belə ziddir. Belə bir anlayış mümkün deyil ki, başqa bir kitabı götürüb eyni adla yazasan".

İlahiyyatçı onu da əlavə etdi ki, Şəhriyar del Gerani əgər tərcümə işi ilə məşğul olsaydı, buna haqq qazandırmaq olardı: "Düşünmək olardı ki, bəli, bu şəxs "Quran"ı tərcümə eləmək istəyir, bu cür düşünür, bu cür də onun özünün təfəkkür anlayışı var. Ancaq yeni bir "Quran" yazıb orada nəyisə dəyişəcəyi və ya nəyəsə yeni bir anlam verəcəyi tamamilə absurd bir şeydir və bu günə qədər baş verməmiş bir hadisədir. Yəqin ki, bu insan öz yazıları ilə tanına bilməyib ki, belə bir yola əl atıb".

Şairin sensasion fikirlərini şərh edən psixoloq Elnur Rüstəmov isə məsələnin başqa məqamlarına toxundu. Psixoloq bildirdi ki, bu yaradıcılıq növünün özünün də bir psixologiyası var:

"Yaradıcı insanlar zaman-zaman nədənsə təsirləndiklərini, onlara ilham gəldiyini bildirirlər. Dində qeyd olunur ki, "Quran" peyğəmbərə vəhy yolu ilə göndərilib. Ola bilər ki, Şəhriyar bəy də ona istinadən nəzərdə tutub ki, bu kitabı o, sırf düşünüb yazmır, vəhy əsasında yazır. Müasir postmodernistlər qeyd edirlər ki, şairlik və yaradıcılıqla laboratoriya şəraitində də məşğul olmaq olar, bunun üçün xüsusi vəhy lazım deyil. Ancaq bizim klassik bir yanaşmamız var ki, şeir sairlərə vəhy formasında gəlir. Bu, yaradıcılığın bir formasıdır. Bunu psixoloji pozğunluq kimi qiymətləndirmək olmaz. Ola bilər ki, ona bu əsər üçün xüsusi ilham gəlir. Ancaq bir az da məsələni gündəmdə saxlamaq və qıcıq yaratmaq üçün bunu gətirib "Quran" səviyyəsinə çıxardığı şəklində ifadə edib".

Elnur Rüstəmov bildirdi ki, bu məsələdə qıcıq yaradan də məhz "Quran" kimi bir kitab yazması ilə bağlı səsləndirdiyi fikirlərlə bağlıdır. O, əvvəllər də deyə bilərdi ki, ilham gəlir, şeir yazıram. O zaman heç kim reaksiya verməzdi.

"Cəmiyyət niyə indi reaksiya verdi? Çünki indi iddia etdi ki, "Quran" səviyyəsində kitab yazır. Bu, əlbəttə ki, insanlarda qıcıq yaradacaq".

"YENİ QURAN YAZIRAM!" - Azərbaycanda gözlənilməz bəyanat - FOTOLAR

Geri dön