Ana Sayfa > Cəmiyyət > Bakıda yeni dələduz peyda oldu - FOTO

Bakıda yeni dələduz peyda oldu - FOTO


6-10-2016, 11:52. Yazar: admin


İnternetlə satılan malları oğurlamaqla məşğul olan oğrular peyda olub. İnsanları çox professional yollarla aldadaraq mallarını oğurlayan dəstə indiyə kimi onlarla insana zərər vurub.

Şikayətçilərin redaksiyamıza müraciətində qeyd edilir ki, insanları aldanan oğrular bir neçə üsuldan istifadə edir: "Zəng edirlər ki, həyat yoldaşıma, yaxud bacıma hədiyyə almaq istəyirəm, telefonu, yaxud notbuku filan məhəlləyə gətir. Sonra deyir, ver aparım, bacım, yaxud həyat yoldaşım baxsın. Rəngi, ya görünüşünü bəyənərlərsə, alıram. Malı aldıqdan sonra həmin obyektin arxa qapısından, əgər binadırsa, arxa girişdən və ya damdan digər binanın girişinə keçərək qaçırlar. Hətta 1-ci mərtəbədə ev kirayələyərək evə daxil olub pəncərəsindən qaçırlar".

Zərərçəkmişlər polisə müraciət ediblər. Fotoda olan Ozal Orduxanlı barədə tədbir görüləcəyi gözlənilir.

Bu məlumatı maksimum paylaşın ki, zərər çəkənlər olmasın.
Geri dön