Ana Sayfa > İqtisadiyyat > Azərbaycanda hər kəs kredit ala bilməyəcək –YENİ MEXANİZM

Azərbaycanda hər kəs kredit ala bilməyəcək –YENİ MEXANİZM


6-10-2016, 11:51. Yazar: admin


Bundan sonra vətəndaşlara kredit verilərkən onların kommunal borcunun olub-olmadığı da nəzərə alınacaq. Bu, daha çox ilk dəfə kredit alacaq şəxslərə aid ediləcək. Sözügedən tələb yaradılacaq özəl kredit bürolarının məlumat bazasında öz əksini tapacaq.

Yeni kredit bürosunda əsas payçı olan xarici “Kredit info” şirkətinin biznes direktoru Paul Randall deyir ki, kredit büroları haqqında qanuna əsasən, bank və bank olmayan kredit təşkilatları, kommunal ödənişləri həyata keçirən şirkətlər, eləcə də məhkəmələr vətəndaşlarla bağlı məlumatları hər ay büroya ötürməlidirlər.

Bundan əlavə, vətəndaşların ödəmə həyata keçirdikləri istənilən qurum da gələcəkdə büro ilə əməkdaşlıq edib, məlumatlar göndərə bilər.

Kredit bürosunun yaradılmasının vətəndaşlar üçün də müsbət tərəfləri var.

Əsas paya sahib olan “Kredit info” şirkətinin nümayəndəsi deyir ki, hazırda büronun yaradılması üçün 15-ə yaxın maliyyə təşkilatları ilə danışıqlar aparılır. Prosesə nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılacaq.
Geri dön