Ana Sayfa > Manşet / Siyasət > Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçib
Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçib22-02-2024, 11:12. Yazar: sevinc1 |
Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasına sədrliyi iki il müddətinə öz üzərinə götürür. aia.az xəbər verir ki, bu barədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib. Spiker qeyd edib ki, qardaş Türkiyədən sədrliyi təhvil almaq qürurvericidir. Onun sözlərinə görə, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi, ayrı-seçkiliyin artması, irqçilik, ksenofobiya və islamafobiya kimi günümüzün aktual problemləri də Asiya regionuna mənfi təsir göstərir: "Etiraf etmək lazımdır ki, bütün bu çağırışları tək-tək yox, yalnız birgə səylərlə kollektiv şəkildə həll etmək olar. Bu, regionumuzda sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişafa da aiddir. Təbii, insan resurslarını, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri nəzərə alaraq hesab edirəm ki, regionumuz bu çağırışların öhdəsindən gəlmək üçün kifayət qədər imkanlara malikdir". aia.az Geri dön |