Ana Sayfa > Manşet / Siyasət > Hakan Fidan Blinkenlə Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə etdi
Hakan Fidan Blinkenlə Ermənistan-Azərbaycan sülh danışıqlarını müzakirə etdi22-02-2024, 09:59. Yazar: sevinc1 |
ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər. aia.az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. G-20 xarici işlər nazirlərinin Rio-de-Janeyro görüşü çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh danışıqları da müzakirə olunub. Qəzza zolağında tam atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar, eləcə də Ukraynadakı müharibə, NATO-nun genişlənmə prosesi müzakirə mövzusu olub. aia.az Geri dön |