Ana Sayfa > Özəl > Medvedçuk: Ukraynada çevriliş hərbçilər tərəfindən həyata keçirilərsə, mümkündür

Medvedçuk: Ukraynada çevriliş hərbçilər tərəfindən həyata keçirilərsə, mümkündür


22-02-2024, 09:16. Yazar: sevinc1
Medvedçuk: Ukraynada çevriliş hərbçilər tərəfindən həyata keçirilərsə, mümkündür


Müxalifətli ukraynalı siyasətçi, “Başqa Ukrayna” hərəkatının idarə heyətinin sədri Viktor Medvedçuk RİA Novosti-yə müsahibəsində deyib ki, Ukraynada çevriliş ancaq ümidsizlikdən hərbi qulluqçular tərəfindən həyata keçirilərsə mümkündür. “Bu gün çevriliş ola bilərmi? Bəli, ola bilər, ancaq bir şərtlə. Bu, hərbçilər arasında ümidsizlikdən yaranan üsyandır”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, döyüşmüş və bu gün Ukrayna Silahlı Qüvvələrinin sıralarında olmayan hərbçilər “hər şeydən narazıdırlar”.

“Onlar tibbi xidmətdən və müalicədən narazıdırlar, ölkədə pul olmadığı üçün bu edilmir, əgər pul varsa, korrupsiya sxemləri nəticəsində oğurlanır”, - Medvedçuk əlavə edib.

O, həmçinin qeyd edib ki, Qərbin nəzarəti altında olan Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrilib.

aia.az
Tərcümə şöbəsi
Geri dön