Ana Sayfa > Ölkə > Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edəcək
Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edəcək20-02-2024, 16:19. Yazar: sevinc1 |
![]() Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. Bu barədə aia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Belə ki, nazir Kəmaləddin Heydərov tərəfindən Masallı, Yardımlı və Lerik rayonları sakinlərinin qəbulu 24 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10.00-dan keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 23 fevral 2024-cü il tarixində Masallı şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaqdır. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. aia.az Geri dön |