Ana Sayfa > Özəl > Arda Gülərin davamlı oynaya bilməsi üçün 5 kilo daha çox əzələ yığması qərara alınıb
Arda Gülərin davamlı oynaya bilməsi üçün 5 kilo daha çox əzələ yığması qərara alınıb20-02-2024, 13:42. Yazar: sevinc1 |
Real Madrid xal itirməsinə baxmayaraq rahat şəkildə La Liqaya liderlik etməyə davam edərkən, oyunçulardan da ən yaxşı şəkildə olmaq tələb olunur.Artıq 2024-25 planlarına başlayan Real Madridin fizioterapevti Antonio Pintus Amerika Kuboku, AVRO 2024 və Olimpiya Oyunları səbəbiylə təqvim yayda məşğul olduğu üçün bəzi ehtiyat tədbirləri görüb. İş planları bütün oyunçular üçün fərdi şəkildə hazırlanıb. Bu adlardan biri də Arda Gülərdir. Pintus, Arda Gülər üçün Rodriqoya tətbiq edilən plana bənzər bir plan təqdim etdi. Milli futbolçunun bədənini gücləndirmək üçün Pintusun nəzarəti altında mərhələli məşq sistemi hazırlanıb. Ona görə də Karlo Ançelotti az qala hər mətbuat konfransından əvvəl Arda Gülər üçün “səbir” istəyir. Gənc futbolçu daha çox vaxt istəsə də, fiziki durumuna görə yavaş-yavaş irəliləməlidir. Arda Gülərin meydanda daha rəqabətli və mübariz olması üçün ən azı 5 kilo daha çox əzələ yığması lazım olduğu qərara alınıb. Plan buna uyğun quruldu. aia.az Tərcümə şöbəsi Geri dön |