Ana Sayfa > Özəl > Tunisdə həbsxanada olan müxalifət lideri Rəşid əl-Qannuşi aclıq aksiyasına başlayıb

Tunisdə həbsxanada olan müxalifət lideri Rəşid əl-Qannuşi aclıq aksiyasına başlayıb


20-02-2024, 13:33. Yazar: sevinc1
Tunisdə həbsxanada olan müxalifət lideri Rəşid əl-Qannuşi aclıq aksiyasına başlayıb

Tunisdə həbsxanada olan 82 yaşlı Ənnahda Hərəkatının lideri Rəşid əl-Qannuşi aclıq aksiyasına başlayıb.
Partiyanın sözçüsü İmed Xemiri açıqlamasında bildirib ki, 82 yaşlı Qannuşi siyasi məhbusların acınacaqlı vəziyyətinə və azadlıqlarının pozulmasına diqqət çəkmək üçün dünən aclıq aksiyasına başlayıb və ölkədə demokratiyanın bərpasını tələb edib.

Tunisdə 2011-ci il inqilabından sonra hakimiyyətə gələn Ənnahda Hərəkatının lideri Qannuçi 2023-cü il aprelin 20-də “dövlət təhlükəsizliyinə qarşı sui-qəsd” ittihamı ilə aparılan istintaq çərçivəsində həbs edilib. Eyni istintaq çərçivəsində saxlanılan 6 müxalif siyasətçi ötən həftə “həbssiz mühakimə” tələbi ilə aclıq aksiyasına başlayıb.
Qannuşi də fevralın 1-də 2019-cu il seçki kampaniyaları zamanı xaricdən maliyyə aldığına görə 3 il həbs cəzasına məhkum edilib.

TUNISDƏ SİYASİ BÖHRAN
Tunis prezidenti Kays Səid 2021-ci il iyulun 25-də o vaxtkı baş naziri “ölkənin təhlükədə olduğu” əsas gətirərək vəzifəsindən azad edib və parlamentin səlahiyyətlərini dondurub. Səid 22 sentyabr 2021-ci il tarixində imzaladığı fərmanla səlahiyyətlərini genişləndirərək icra orqanını özünə bağlayıb. Ali Məhkəmə Şurasının 2022-ci ilin fevralında buraxıldığını bildirən Səid, 25 iyul 2022-ci ildə Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçiriləcəyini açıqlayıb. 30,5 faiz iştirakla keçirilən referendumda yeni konstitusiya 94,6 faiz “hə” səsi ilə qəbul edilib. Konstitusiya dəyişikliyindən sonra parlamentin də səlahiyyətləri məhdudlaşdırılıb.

Qais Səidi mətbuatı susdurmaqda və avtoritar idarəetmə tətbiq etməkdə ittiham edən müxalifət, konstitusiya dəyişikliyinin 2011-ci il inqilabından sonra qurulan demokratiyanı parçaladığını iddia edir. Sözügedən ittihamları rədd edən Səid onu tənqid edənləri cinayətkar, satqın və terrorçu kimi qələmə verib və onları azad edən hakimlərin cinayət ortağı sayılacağını bildirib.
Geri dön