Ana Sayfa > Özəl > Putin HSBC-nin Rusiyada satışını təsdiqləyib
Putin HSBC-nin Rusiyada satışını təsdiqləyib19-02-2024, 19:43. Yazar: sevinc1 |
Rusiya prezidenti Vladimir Putin HSBC bankının Rusiyadakı törəmə bankının satışını təsdiqləyən qərarı imzalayıb.Putinin imzaladığı fərmana əsasən, Rusiyanın özəl kommersiya bankı Expobank HSBC-nin Rusiyadakı bütün törəmə bankına sahib olacaq.Rusiyada strateji şirkətlərin səhmlərinin ticarəti 2022-ci ilin avqustunda “dost olmayan” ölkələrdən olan investorlar üçün qadağan edilib. Qadağadan sonra əməliyyatlar yalnız Putinin icazəsi ilə həyata keçirilə bilər. ABŞ Expobank-ı 2023-cü ilin dekabrında sanksiyalar siyahısına daxil edib. aia.az Tərcümə şöbəsi Geri dön |