Ana Sayfa > İdman > Əliyar Ağayev yeni oyuna təyinat aldı

Əliyar Ağayev yeni oyuna təyinat aldı


19-02-2024, 16:58. Yazar: sevinc1
Əliyar Ağayev yeni oyuna təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.

aia.az xəbər verir ki, 36 yaşlı hakim Bolqarıstanda yerli “Ludoqorets” və İsveçrənin “Servett” komandaları arasında keçiriləcək Konftrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.

Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

aia.az
Geri dön