Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > Bakı Sağlamlıq Mərkəzində xarici mütəxəssislərin iştirakı ilə “Kardiostimulyasiya” kursu keçirildi

Bakı Sağlamlıq Mərkəzində xarici mütəxəssislərin iştirakı ilə “Kardiostimulyasiya” kursu keçirildi


19-02-2024, 13:45. Yazar: sevinc1
Bakı Sağlamlıq Mərkəzində xarici mütəxəssislərin iştirakı ilə “Kardiostimulyasiya” kursu keçirildi

aia.az xəbər verir ki, 17-18 fevral tarixlərində Bakı Sağlamlıq Mərkəzində kardiologiya və kardiocərrahiyyə məsələləri üzre kordinato, həkim kardioloq Fərid Əliyevin təşkilatçılığı ilə “Kardiostimulyasiya” kursu keçirilib.

“Kardiostimulyator, ICD-CRT proqramlaşdırılması : təməl tədris”, “Kardiostimulyator, ICD, CRT problemlərinin həlli”, “Kardiostimulyator : İmplantasiya” kursunu əhatə edən proqramda prof. dr. İlyas Atar, prof. dr. Sabri Demircan, t.ü.f.d. Ülvi Mirzoyev və dos. dr. Fərid Əliyevin təqdimatında kurs iştirakçıları müxtəlif mövzular haqqında nəzəri və praktiki biliklərə yiyələnəliblər.

Məruzələrdən sonra mövzular ətrafında geniş disskusiyalar başlayıb və təşkil olunan kurs iştirakçıların böyük marağına səbəb olub.

Geri dön