Ana Sayfa > Seçki 2024 > Sahibkarlarla növbəti görüş Şamaxı rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Şamaxı rayonunda keçiriləcək


19-02-2024, 11:57. Yazar: sevinc1
Sahibkarlarla növbəti görüş  Şamaxı rayonunda keçiriləcək

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şamaxı rayonunda görüşü təşkil olunacaq. Aksiya Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” fevralın 21-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Geri dön