Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Ötən ay 108 nəfər İİV-ə yoluxub

Ötən ay 108 nəfər İİV-ə yoluxub


19-02-2024, 11:34. Yazar: sevinc1
Ötən ay 108 nəfər İİV-ə yoluxub

Azərbaycanda narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

aia.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda bildirilib.

Qeyd edilib ki, ötən 1 ay ərzində İİV-ə 108 nəfər yoluxub. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbilər olub. Azərbaycan vətəndaşları arasında 8 nəfəri (7,5%-i) inyekson narkotik istifadəçiləri olub.

AİA.AZ
Geri dön