Ana Sayfa > Özəl > Ukrayna ordusunun yeni əks-hücumunu istisna etmək olmaz - general polkovnik

Ukrayna ordusunun yeni əks-hücumunu istisna etmək olmaz - general polkovnik


19-02-2024, 09:26. Yazar: sevinc1
Ukrayna ordusunun yeni əks-hücumunu istisna etmək olmaz - general polkovnik

General-polkovnik Sergey Rudskoy deyib: "Ukrayna silahlı qüvvələri aktiv əməliyyatlar aparmaq üçün döyüş qabiliyyətini hələ də saxlayır"

Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin birinci müavini general-polkovnik Sergey Rudskoy bildirib ki, Ukrayna silahlı qüvvələrinin Qərb ölkələrinin köməyi ilə növbəti əks-hücum cəhdi istisna edilmir. “Krasnaya Zvezda” qəzetinə müsahibə verib.

"Ukrayna silahlı qüvvələri aktiv əməliyyatlar keçirmək üçün döyüş qabiliyyətini hələ də saxlayır. Gələcəkdə Qərbdən irimiqyaslı hərbi yardım olacağı təqdirdə, növbəti əks-hücum cəhdini də istisna etmək olmaz", - o deyib.

aia.az
tərcümə şöbəsi

Geri dön